Azərbayan Respublikasının şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa olunaraq şəhərin girişdə müvəqqəti konstruksiya ilə qeyd etmişdi.
FED.az xəbər verir ki, Berg Energy komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırmış və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırmışdır. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləmişdir. Şuşa adının latın hərfləri ilə asılma anının videosunu sizlərə təqdim edirik.