Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri olacaq.
Eləcə də bax: Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi - AÇILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, ilk olaraq mərkəz Şuşada açılacaq:
“Artıq Şuşada layihə təsdiq olunub. Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Hazırda həmin ərazilərdə infrastruktur layihələri həyata keçirilir. Ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması olacaq. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - o qeyd edib.