Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Şuşada otellər yenidən qurulur - FOTOLAR

Şuşada otellər yenidən qurulur - FOTOLAR | FED.az
12:33 17 Mart 2021

Şuşada “Qarabağ” otelində yenidənqurma işləri aparılır.

FED.az xəbər verir ki, Prezident İlham Əliyev yenidənqurma işləri tanış olub.

Prezident deyib:

"Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq.

“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq".

Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Prezident İlham Əliyev: "Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir".

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına icra olunacaq layihələrlə bağlı məruzə edib.

Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verdi:

"Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır".

XXX

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Prezident İlham Əliyev dedi:

-Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir.

Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.

Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.

Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.

Şuşa bütün mövsümlərdə gözəldir.

Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.

Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gəldilər.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verdi. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.

Prezident İlham Əliyev: Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik.

Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxdılar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.

Prezident İlham Əliyev: Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.

Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.

Prezident İlham Əliyev: Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik.

Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Karvansaray tarix-memarlıq kompleksinə baxdılar.

Dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı məlumat verildi.

Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.

Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib.

Prezident İlham Əliyev: Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış oldular. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.

Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verildi.

Prezident İlham Əliyev: Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq.

“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Prezident İlham Əliyev, birinci xanım Mehriban və qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də oldular. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb.

Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Prezident İlham Əliyev: Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına icra olunacaq layihələrlə bağlı məruzə etdi.

Prezident İlham Əliyev Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verdi.

Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir.

Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox?

Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq.

Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realni məktəbin dağılmış binasıdır, görün ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb.

Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz Bakıya qayıtmalıyıq. Yolüstü Daşaltı kəndində dayanacağıq. O, kəndə də baxacağıq. Ondan sonra istiqamət Bakı şəhəridir.

Birinci xanım Mehriban Əliyeva: Hava günəşli, açıq, mavi səma.

Prezident İlham Əliyev: Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı.

Buradan da Şuşanın qayaları gözəl görsənir. Çünki biz haqq yolundayıq, işimiz də haqq işidir. Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan təbiətidir.

Bura isə Daşaltı kəndidir. Daşaltı kəndi ilə də tanış olacağıq.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa rayonunun Daşaltı kəndinə gəldilər.

Aydın Kərimov: O, Böyük Kirs dağıdır. Şuşanın su mənbələrindən biri onun ətəyindən gəlir.

Birinci xanım: Bu yeni Daşaltı hesab olunur?

Aydın Kərimov: Bəli.

Birinci xanım: O da köhnə Daşaltı.

Prezident İlham Əliyev: Bizim hərbiçilər oradan gəliblər.

Həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin gözəl mənzərəsidir. Daşaltı kəndi də işğalçılardan azad edilib. Məhz bizim müzəffər ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə də Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq.

X X X

Erməni qəsbkarlar tərəfindən 1992-ci ildə işğal olunan Daşaltı kəndi də hərtərəfli terrora məruz qalıb. Prezident İlham Əliyev kəndin bərpası ilə bağlı tapşırıqlarını verdi.

Banner
Banner
  • Şuşa
  • prezident
  • Qarabağ
  • otel
Paylaş

Digər xəbərlər

Reinteqrasiya və iqtisadiyyat - "663 milyon dollarlıq məhsul"
Qarabağ 22 Sen 2023
Reinteqrasiya və iqtisadiyyat - "663 milyon dollarlıq məhsul"
Ermənilərin “qələbə” simvolu olan tankın götürülmə anı - VİDEO
Qarabağ 22 Sen 2023
Ermənilərin “qələbə” simvolu olan tankın götürülmə anı - VİDEO
Xankəndiyə göndərilən qutularda nə var? - SİYAHI - FOTO
Qarabağ 22 Sen 2023
Xankəndiyə göndərilən qutularda nə var? - SİYAHI - FOTO
FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTOLAR
Qarabağ 22 Sen 2023
FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTOLAR
“Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər”
Qarabağ 22 Sen 2023
“Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər”
Ermənilər döyüş mövqelərini tərk edir - VİDEO
Qarabağ 22 Sen 2023
Ermənilər döyüş mövqelərini tərk edir - VİDEO
Azərbaycanın hökuməti Qarabağ ermənilərinə ərzaq göndərir - Ağdam-Xankəndi yolu ilə - FOTO
Qarabağ 22 Sen 2023
Azərbaycanın hökuməti Qarabağ ermənilərinə ərzaq göndərir - Ağdam-Xankəndi yolu ilə - FOTO
Separatçılar sülhməramlılara atəş açıb - Ölən və yaralanan var
Qarabağ 21 Sen 2023
Separatçılar sülhməramlılara atəş açıb - Ölən və yaralanan var
Erməni nümayəndələrlə daha bir - GÖRÜŞ OLACAQ
Qarabağ 21 Sen 2023
Erməni nümayəndələrlə daha bir - GÖRÜŞ OLACAQ
Qarabağ erməniləri Bakıdan yanacaq və qida yardımı istəyiblər
Qarabağ 21 Sen 2023
Qarabağ erməniləri Bakıdan yanacaq və qida yardımı istəyiblər
Qarabağın erməni sakinlərinin nümayəndələrinə reinteqrasiya üzrə planlar - TƏQDİM EDİLDİ
Qarabağ 21 Sen 2023
Qarabağın erməni sakinlərinin nümayəndələrinə reinteqrasiya üzrə planlar - TƏQDİM EDİLDİ
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb - RƏSMİ
Qarabağ 21 Sen 2023
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb - RƏSMİ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Azərbaycan Dəmir Yolları” – TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    13:23 22 Sen 2023
  • Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 17 milyon manat ƏDV məbləği geri qaytarılıb - VİDEO
    13:19 22 Sen 2023
  • Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023)
    13:16 22 Sen 2023
  • Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib - FOTO
    13:15 22 Sen 2023
  • Azercell-in dəstəklədiyi milli komanda nailiyyətlə - VƏTƏNƏ DÖNÜB
    13:08 22 Sen 2023
  • Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023)
    13:05 22 Sen 2023
  • Cəlilabadda məktəbdə külli miqdarda mənimsəmə - Cinayət İşi Başlanıb
    13:03 22 Sen 2023
  • Vəlvələçay Taxtakörpü Kanalının sahilində terrasların təmiri ilə bağlı tenderə - YEKUN VURULDU
    12:56 22 Sen 2023
  • Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023)
    12:55 22 Sen 2023
  • Dövlət qurumu maşın və avadanlıqların alınması ilə bağlı elan etdiyi tenderə - YEKUN VURUB
    12:55 22 Sen 2023
  • Nazirlik təmir işləri ilə bağlı tenderin nəticələrini - ELAN EDİB
    12:53 22 Sen 2023
  • 28 dərəcə isti - ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU
    12:50 22 Sen 2023
  • Azərbaycanın sığorta bazarı - 29% BÖYÜYÜB
    12:45 22 Sen 2023
  • Naxçıvanda növbəti açıq – TENDER ELANI
    12:37 22 Sen 2023
  • Dövlət müəssisəsində kabel xətlərinin çəkilməsi ilə bağlı – TENDER ELANI
    12:30 22 Sen 2023
  • Reinteqrasiya və iqtisadiyyat - "663 milyon dollarlıq məhsul"
    12:24 22 Sen 2023
  • Füzulidə təmir işləri ilə bağlı – TENDER ELANI
    12:17 22 Sen 2023
  • Agentlik elan etdiyi tenderə - YEKUN VURDU
    12:15 22 Sen 2023
  • Naxçıvana avtobus reyslərinin sayı - 2 DƏFƏ ARTIRILIB
    12:11 22 Sen 2023
  • Ermənilərin “qələbə” simvolu olan tankın götürülmə anı - VİDEO
    12:06 22 Sen 2023
  • İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu - QƏBUL EDİB
    12:01 22 Sen 2023
  • Bakı Metropoliteni QSC növbəti  – TENDER ELANI
    11:54 22 Sen 2023
  • Kürdəmirdə su kanalında təmir işləri bağlı – TENDER ELANI
    11:51 22 Sen 2023
  • Dövlət qurumu ştamp, mətbəə və çap məhsulu alır – TENDER ELANI
    11:49 22 Sen 2023
  • Qusarda məktəb tikintisi ilə bağlı – TENDER ELANI
    11:47 22 Sen 2023
  • Xankəndiyə göndərilən qutularda nə var? - SİYAHI - FOTO
    11:36 22 Sen 2023
  • “Akkord”un törəmə şirkətinə yeni rəhbər - TƏYİN EDİLİB
    11:31 22 Sen 2023
  • Bakıda bu avtomobillər ucuz qiymətə satılacaq – SİYAHI
    11:27 22 Sen 2023
  • Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi - DAXİL OLUB
    11:24 22 Sen 2023
  • Azər Türk Bankdan - E-POS VİRTUAL ÖDƏNİŞ QƏBULU TERMİNALI
    11:19 22 Sen 2023
  • Nazirliyin tenderini - “İnfinitech” MMC UDDU
    11:13 22 Sen 2023
  • Məşğulluq Agentliyi daha bir tenderə - YEKUN VURDU
    11:08 22 Sen 2023
  • FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTOLAR
    11:04 22 Sen 2023
  • “Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər”
    10:59 22 Sen 2023
  • İSB: Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb
    10:54 22 Sen 2023
  • Oğuzda əsaslı təmir işləri ilə bağlı tenderin nəticələri - AÇIQLANIB
    10:48 22 Sen 2023
  • Sumqayıt Tibb Mərkəzi elan etdiyi tenderə - YEKUN VURDU
    10:47 22 Sen 2023
  • Şirvanda abadlıq işləri ilə bağlı tenderin qalibi – BU ŞİRKƏT OLDU
    10:44 22 Sen 2023
  • Qlobal birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
    10:40 22 Sen 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri - 2 DƏFƏ ARTIRIB
    10:33 22 Sen 2023
  • Ermənilər döyüş mövqelərini tərk edir - VİDEO
    10:29 22 Sen 2023
  • “Facebook”da - YENİ FUNKSİYA
    10:23 22 Sen 2023
  • Təhsil Nazirliyi - TENDERLƏR ELAN EDİR
    10:09 22 Sen 2023
  • Nazirliyin tərkibindəki qurum növbəti tenderinin nəticələrini - ELAN EDİB
    10:01 22 Sen 2023
  • “Kontakt”da bol fürsətli “Payızlıq Təkliflər” kampaniyası – 24 AYADƏK FAİZSİZ KAMPANİYA
    09:58 22 Sen 2023
  • Dövlət qurumu materialların alınması ilə bağlı tenderə - YEKUN VURUB
    09:55 22 Sen 2023
  • “Teymur Collection” MMC dövlət qurumuna - 750 min manatlıq geyim satacaq
    09:52 22 Sen 2023
  • Dövlət qurumu geyim formalarının satınalınması tenderinin – NƏTİCƏLƏRİNİ AÇIQLAYIB
    09:45 22 Sen 2023
  • 1,4 milyon manatlıq tender - “XEROPC” MMC-yə VERİLDİ
    09:44 22 Sen 2023
  • Dövlət qurumu  İSO 17025 sertifikatlarının alınması tenderinin - NƏTİCƏLƏRİNİ AÇIQLAYIB  
    09:41 22 Sen 2023
  • Dövlət qurumu ehtiyat hissələrinin satınalınmasını - BU ŞİRKƏTƏ HƏVALƏ ETDİ
    09:37 22 Sen 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    09:35 22 Sen 2023
  • AZPROMO elan etdiyi tenderə – YEKUN VURDU
    09:33 22 Sen 2023
  • Azərbaycanda şəhərsalma həftəsi başlayır - Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcək
    09:29 22 Sen 2023
  • Dövlət qurumu elan etdiyi tenderin nəticələrini - AÇIQLAYIB
    09:23 22 Sen 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:20 22 Sen 2023
  • Gürcüstan Rusiya aviaşirkətinə iki dəfə - RƏDD CAVABI VERDİ
    09:15 22 Sen 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:09 22 Sen 2023
  • Azərbaycanın hökuməti Qarabağ ermənilərinə ərzaq göndərir - Ağdam-Xankəndi yolu ilə - FOTO
    09:04 22 Sen 2023
  • Hər il  «iPhone» almaqdansa, pulu «Apple»nin səhmlərinə yatırıb – NƏ QƏDƏR QAZANMAQ OLARDI? – HESABLAMA
    08:54 22 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!