Şuşada bu ilin sonunda butik hotel tikiləcək.
İcra başçısı: “Şuşa və digər azad olunmuş ərazilərdə binaların bir hissəsi hazırdır”
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Aydın Kərimov qeyd edib ki, bu hotel xarici investorların ayırdığı maliyyə ilə tikiləcək: "Ümumiyyətlə, şəhər tikinti-quruculuq baxımımdan dövlətin maliyyəsindən asılı olmamalıdır". (Apa)