Şuşada ümumilikdə 450 mənzillik 23 yaşayış binası tikilir.
Xidmət direktoru: "Bu ilin sonuna qədər Şuşada 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək"
FED.az xəbər verir ki, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.
Məlumata görə, Böyük Qayıdış layihəsi çərçivəsində şəhərin cənub hissəsində 8 hektar ərazidə 450 mənzildən ibarət 23 bina tikilir. Bunlar 3-5 mərtəbəli binalardır-deyə bildirilib.
Paralel olaraq Şuşada 960 nəfərlik orta məktəbin tikintisi də başa çatmaq üzrədir. Yeni dərs ilində məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur.
Eyni zamanda Şuşa Hodel Konqres mərkəzi də istifadəyə veriləcək. Ötən il təməli qoyulan binanın tiknitisi davam edir. Bu tikili daha çox qonağı qarşılamağa imkan verəcək. Burada 250-dən artıq qonağın toplantı və ya konfrans keçirməsi mümkün olacaq.