Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub.
Eləcə də bax: Şuşada tikintiyə dair tələblər - SƏRTLƏŞDİRİLİR
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur.
Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur. (Apa)