Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən 3 tərəfdən mühasirəyə alınıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi mövzuları işıqlandıran avia.pro saytı məlumat yayıb.
Saytın məlumatına görə, Şuşa 3 tərəfdən mühasirəyə alınıb və şəhərə güclü hücum hazırlanır.
Saytın məlumatına görə, bir qədər əvvəl erməni tərəfi Şuşaya hücum təşkil edən Azərbaycan qüvvələrinin guya bir neçə kilometr geriyə oturdulduğu barədə məlumat yaymışdı.
Bu məlumata baxmayaraq, indi məlum olur ki, əksinə, Azərbaycan döyüşçüləri bu gecə Şuşanı 3 tərəfdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala biliblər, «indi isə şəhərə hücum gözlənilir»-deyə sayt məlumat verib.
Təqdim edilən xəritədə qüvvələrin yerləşməsindən də göründyü kimi, Şuşada yerləşən erməni qoşunları üçün olduqca çətin vəziyyət yaranıb. Belə ki, bir sıra aviasiya zərbələrindən sonra Azərbaycan tərəfi hücuma keçərək şəhəri azad edə bilərlər. Bu isə Xankəndinə gedən yolun açılması deməkdir.
"Son həftə ərzində Azərbaycan ordusı tərəfindən fəal hücum əməliyyatları dayandırılsa da, son 24 saat ərzində Azərbaycan qoşunları Qarabağda azı 5 yaşayış məntəqəsini azad edə biliblər"-deyə bildirilir.
Hazırda regionun 40%-lik ərazisində əməliyyatlar aparılır, qondarma «respublikanın» ərazisinin isə artıq 20%-i erməni ordusundan azad edilib və Bakının nəzarətindədir.