Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum hərbi əməliyyatları zamanı düşmənin daha bir neçə yüksək rütbəli hərbçiləri məhv edilib.
Eləcə də bax: Erməni xüsusi təyinatlıları mühasirəyə alınaraq - MƏHV EDİLİB
FED.az xəbər verir ki, Şuşa ətrafında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri - Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.
Məlumatı hərbi bloqqer Tofiq Şahmuradov yayımlayıb. (Qafqazinfo)