Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Şuşa Bəyannaməsinin - TAM MƏTNİ

Şuşa Bəyannaməsinin - TAM MƏTNİ | FED.az
11:53 16 İyun 2021

FED.az Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin tam mətnini təqdim edir:

Eləcə də bax: İlham Əliyevlə Ərdoğanın tarixi görüşü başladı - Canlı yayım

Azərbaycan Respublikası və Türkiyə Respublikası,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,

İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,

9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq,

İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq,

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək,

Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,

Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək,

Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq,

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

bəyan edirlər:

Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.

Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.

Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.

Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.

Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.

Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.

Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir.

Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.

Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.

Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.

Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər.

Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər.

Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.

Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.

Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Bu Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

Bəyannaməni imzalayıblar:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Banner
Banner
  • Şuşa
  • prezident
  • Ərdoğan
  • İlham Əliyev
  • Bəyannamə
Paylaş

Digər xəbərlər

Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
Qarabağ 21 Mart 2023
Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
Qarabağ 20 Mart 2023
Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
"Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
Qarabağ 18 Mart 2023
"Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
Qarabağ 18 Mart 2023
İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
İlham Əliyev və  Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
Qarabağ 18 Mart 2023
İlham Əliyev və Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
Azad edilmiş ərazilərin bərpasına 32 milyard manatdan çox vəsait yönəldiləcək
Qarabağ 17 Mart 2023
Azad edilmiş ərazilərin bərpasına 32 milyard manatdan çox vəsait yönəldiləcək
Azad olunmuş ərazilərin yenidən qurulmasına - 6,5 Mlrd. Manat Yönəldilib
Qarabağ 17 Mart 2023
Azad olunmuş ərazilərin yenidən qurulmasına - 6,5 Mlrd. Manat Yönəldilib
Baş nazir: Bu ilin sonuna qədər laçınlıların birinci qrupu - Rayona Yerləşdiriləcək
Qarabağ 17 Mart 2023
Baş nazir: Bu ilin sonuna qədər laçınlıların birinci qrupu - Rayona Yerləşdiriləcək
İşğaldan azad olunan Talış kəndi bərpadan sonra - FOTOLAR
Qarabağ 16 Mart 2023
İşğaldan azad olunan Talış kəndi bərpadan sonra - FOTOLAR
Emin Hüseynov: "Gələn il Hadrut və Tuğa köç başlayacaq"
Qarabağ 16 Mart 2023
Emin Hüseynov: "Gələn il Hadrut və Tuğa köç başlayacaq"
Emin Hüseynov: "İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur"
Qarabağ 16 Mart 2023
Emin Hüseynov: "İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur"
Sədr müavini: "Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib"
Qarabağ 16 Mart 2023
Sədr müavini: "Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib"
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-4000 MANAT- VAKANSİYA
    21:01 21 Mart 2023
  • "Reel Agency" işçilər axtarır - MAAŞ 1300-1500-2000 MANAT - VAKANSİYALAR
    20:59 21 Mart 2023
  • "OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
    20:54 21 Mart 2023
  • "FLY INN BAKU" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
    20:50 21 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    20:33 21 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
    20:17 21 Mart 2023
  • "Azconstruction" QSC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:15 21 Mart 2023
  • "PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:10 21 Mart 2023
  • Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
    20:03 21 Mart 2023
  • Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
    19:26 21 Mart 2023
  • Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
    18:13 21 Mart 2023
  • 2023-cü il üzrə dünyanın - ən yaxşı biznes məktəbləri - 173 BUSINESS SCHOOL - TAM SİYAHI
    16:59 21 Mart 2023
  • Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
    16:37 21 Mart 2023
  • Dünya pasportlarının reytinqi açıqlandı: Azərbaycanlilar 69 ölkəyə - VİZASİZ GEDƏ BİLƏR
    16:12 21 Mart 2023
  • The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
    13:31 21 Mart 2023
  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
  • Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
    20:41 19 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
    20:36 19 Mart 2023
  • Kür və Araz çaylarında suyu artırmaq üçün – TƏDBİRLƏR BAŞLADI – RƏSMİ AÇIQLAMA
    19:14 19 Mart 2023
  • Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
    16:09 19 Mart 2023
  • Hava proqnozu açıqlandı - YAĞIŞ, QAR YAĞACAQ
    15:55 19 Mart 2023
  • Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra - UĞURLAR ƏLDƏ EDİLİB
    19:36 18 Mart 2023
  • 913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
    16:59 18 Mart 2023
  • “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
    16:53 18 Mart 2023
  • Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
    15:50 18 Mart 2023
  • Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
    15:33 18 Mart 2023
  • NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
    15:29 18 Mart 2023
  • "Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
    14:03 18 Mart 2023
  • İlk 40 turist Şuşaya - YOLA DÜŞÜB
    14:00 18 Mart 2023
  • Beynəlxalq Məhkəmənin həbs qərarından sonra Putin - BU ÖLKƏLƏRƏ SƏFƏR EDƏ BİLMƏYƏCƏK - SİYAHI
    13:55 18 Mart 2023
  • Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO
    13:52 18 Mart 2023
  • Azərpoçt bayram günlərində də işləyir - QRAFİK
    13:49 18 Mart 2023
  • “OBA” Naxçıvanda... – FOTOLAR
    13:38 18 Mart 2023
  • Azərbaycana gələn xarici qonaqların və yerli turistlərin qeydiyyatı aparılacaq - HÖKUMƏTDƏN QƏRAR
    13:27 18 Mart 2023
  • Azərbaycandan xaricə ixracı - 6 DƏFƏ ARTIB
    13:17 18 Mart 2023
  • "TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa - İCAZƏ VERƏCƏK
    13:04 18 Mart 2023
  • Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - AÇIQLAMA - VİDEO
    12:57 18 Mart 2023
  • Bayram gününün - HAVA PROQNOZU
    12:54 18 Mart 2023
  • “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
    12:48 18 Mart 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü - FOTOLAR
    12:44 18 Mart 2023
  • İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
    12:35 18 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!