Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Müşahidə məntəqəsinin Şuşa rayonu ərazisində yerləşdiyi bildirilib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib. (Trend)