“Rusiya Federasiyasının hökumətinə sülhməramlı kontingentin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış xərclərin təyin olunmuş qayda üzrə maliyyələşdirilməsi, kontingentə daxil olan hərbi qulluqçuların maddi təminatı və onlara pul məvaciblərinin ödənilməsi nəzərdə tutulur”.
Eləcə də bax: Putin Qarabağla bağlı fərmanı imzaladı - Sənədin fotosu
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin 10 noyabrda Qarabağda sülhün dəstəklənməsi ilə bağlı imzaladığı fərmanda bildirilir.
Sənədin 5-ci bəndində həmçinin qeyd olunur ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sülhməramlıların ailə üzvlərinə də əlavə zəmanət və təzminatlar veriləcək. (Qafqazinfo)