Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarına məxsus çadır və konteynerlər tamamilə sökülüb.
Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları - ÇADIRLARI SÖKÜR - FOTOLAR
FED.az xəbər verir ki, konteyner və çadırlar yük avtomobilləri ilə Laçın istiqamətində quraşdırılan postun ərazisinə daşınıb. Yolun Xankəndi hissəsində Rusiya sülhməramlılarına məxsus post isə sökülməyib, sülhməramlılar adi qaydada buradakı xidmətlərini davam etdirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına və ekoloji terrora son qoyulmasına qarşı azərbaycanlı fəalların təşkil etdiyi aksiya davam edir. (Azərtac)