Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək cəmi 198 milyon 13 min 34 manat, 10 milyon 996 min 106 ABŞ dolları, 165 min 596 avro, 495 min 521 türk lirəsi, 1 min 295 ingilis funt sterlinqi və 5 milyon 62 min 550 rubl vəsait daxil olub.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, oktyabrın 1-dək Fonda 120 milyon 106 min 408 manat, 218 min 681 ABŞ dolları, 18 min 341 avro və 5 min rubl vəsait daxil olmuşdu.
Beləliklə, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626 manat, 10 milyon 777 min 425 ABŞ dolları, 147 min 25 avro və 5 milyon 57 min 550 rubl vəsait daxil olub.
Sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593 manat və 5 min 103 dollar vəsait daxil olmuşdu.
Son 2 ayda Fonda daxil olmuş cəmi vəsait manat ilə ifadədə 100 milyon manatı keçib.