Prezident İlham Əliyev bu gün Azərbaycan Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşiri (Məmmədov) mükafatlandırıb.
“Qafqazinfo” xəbər verir ki, hər iki general “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi
qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.