Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək 210 milyon 625 min manat, 11 milyon 172 min ABŞ dolları, 181 min 319 avro, 495 min 561 türk lirəsi, 1845 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl vəsait daxil olub.
FED.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12 milyon 612 min manat, 175 min 508 ABŞ dolları, 15 min 723 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336 min rubl vəsait daxil olub.
Oktyabrın 1-dən noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626 manat, 10 milyon 777 min 425 ABŞ dolları, 147 min 25 avro və 5 milyon 57 min 550 rubl vəsait daxil olmuşdu.
Sentyabrın 1-dən oktyabrın 1-dək isə Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593 manat və 5 min 103 dollar vəsait daxil olmuşdu.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.