Ermənistan- Azərbaycan sərhədində Gorus-Qafan yolunda yerləşdirilmiş “Azərbaycana xoş gəlmisiniz” yazılı lövhə yerli erməni sakinlərini təşvişə salıb.
Eləcə də bax: Ermənistanda yolda Azərbaycan şəhərlərinin adları olan - Lövhə Quraşdırılıb
FED.az xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Totoyan öz feysbuk hesabında bildirib.
Totoyan qeyd edib ki, son günlər bu barədə yerli sakinlərdən çoxlu şikayət daxil olub. Ombudsmanın sözlərinə görə, sakinlər hər gün sözügedən lövhəni görməyə məcbur olduqlarını və bunun onlarda qorxu və təşvişə səbəb olduğunu bildiriblər. (Qafqazinfo)