Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb - RƏSMİ
FED.az “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.
Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.
Onun vəziyyəti ağırdır. A.Gözləyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub. (Report)