Qarabağdakı erməni separatçıların “rəhbər”i Arayik Arutyunyan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində “hərbi vəziyyət” elan edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.
Məlumata görə, Arutyunyan, həmçinin “Operativ qərargah”ın yaradılması barədə qərar qəbul edib və onun “rəhbər”i Ermənistanəsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan təyin edilib.