Azərbaycanın Qarabağ bölgəsinin işğal altında qalan hissəsində separatçıların “məmurları” müxtəlif bəhanələrlə döyüşdən yayınır, isti bucaq axtarırlar.
Eləcə də bax: Düşmənin növbəti sursat anbarları məhv edilib - VİDEO
FED.az xəbər verir ki, “Sputnik Armeniya”yanın yaydığı məlumata görə, bunu Ruslan Sarqsyan adlı döyüşən “məmurlardan” birinin arvadı Zarina Saracyan bildirib.
O, fərarilik edən “məmurların” sərt şəkildə cəzalandırılmasını və “tutduqları vəzifədən azad olunmasını” təklif edib.
Bununla belə canlı qüvvə azlığından döyüşdən yayınan “məmurlara” daha bir şans verilib. Çünki həmin fərarilərin cəzalandırılması onlar üçün döyüş bölgəsini tərk etməsinə yardım edər. (Report)