Banner

Qarabağ

Sakinlərin Şuşaya köçürüləcəyi tarix - Açıqlandı

Sakinlərin Şuşaya köçürüləcəyi tarix - Açıqlandı | FED.az
15:51 21 Dek 2020

“Güman edirəm ki, ən azından gələn ilin yayında bir qısım insanların Şuşaya köçürülməsi baş verəcək”.

Eləcə də bax: İlham Əliyevin tapşırığı ilə Şuşada qiymətləndirmə və inventarlaşdırma - İŞLƏRİ BAŞLANDI

FED.az xəbər verir ki, bunu  Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

“Generatorlar vasitəsilə bütün şəhər işıqlanıdırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər”. (Report)

Banner

Digər xəbərlər