Rusiya Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 16 müşahidə postu yerləşdirəcək.
FED.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bildirib. Postlar «Şimal» və «Cənub» adlanan məsuliyyət zonaları arasında bölünəcək.
Qarabağla bağlı hələ açıq qalan - 40 VACİB SUAL – NƏ, NECƏ OLACAQ? - SİYAHI
Onun sözlərinə görə, «bu postlar atəşkəs rejiminin qorunmasına nəzarət edəcək, pozuntular barədə məlumat toplayacaq, bu informasiyanı sülhməramlı qüvvələrin rəhbərliyinə çatdıracaq, eləcə də tranzit nəqliyyatın hərəkətinin təhlükəsizliyini qoruyacaq, eləcə də dinc əhaliyə qarşı qanunsuz hərəkətlərin qarşısını alacaq».