Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında Azərbaycana qarşı təxribata yol verilib.
Eləcə də bax: ““Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur”
FED.az xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tender elan edilib.
Tender elanında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunun hərtərəfli saxlanmasının təşkili və keçirilməsi üçün xidmətlərin göstərilməsi”, - deyə tender elanında bildirilib. (Apa)