Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağa daha bir humanitar yardım karvanı göndərib.
Eləcə də bax: Rusiya ilk zərbə PUA-sını təqdim edib (FOTO)
FED.az xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, yardım kolonu fevralın 23-də İrəvanın yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Yardım Mərkəzindən yola düşüb.
Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, yardım yükü Dağlıq Qarabağda yaşayış binalarının və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulan tikinti materiallarından ibarətdir.
Onun sözlərinə görə, yük birbaşa silahlı münaqişə zamanı zərər çəkmiş sakinlər üçün nəzərdə tutulub.
Qurumun rəsmisi həmçinin qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib. (Qafqazinfo)