Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

“Rusiyalı sülhməramlılar vəzifələrinin öhdəsindən gəlirlər, lakin onlara qarşı əsaslı iradlar var”

“Rusiyalı sülhməramlılar vəzifələrinin öhdəsindən gəlirlər, lakin onlara qarşı əsaslı iradlar var” | FED.az
12:11 13 Yan 2022

Prezident İlham Əliyev bəyan edib ki, rusiyalı sülhməramlılar vəzifələrinin öhdəsindən gəlirlər, lakin onlara qarşı bəzi əsaslı iradlar var.

Eləcə də bax: İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - TAM MƏTN

FED.az xəbər verir ki, “Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri keçən il daha da dinamik olub.

“Keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan-Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə”, - deyə prezident vurğulayıb.

İ.Əliyevin sözlərinə görə, Bakı sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı dəfələrlə Rusiya tərəfinə irad bildirib.

“O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır”, - deyə o qeyd edib.

İ.Əliyev deyib ki, onda olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. “Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir. Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”, - deyə dövlət başçısı bildirib.

Banner
Banner
  • İlham Əliyev
  • Rusiya
  • sülhməramlılar
  • vəzifə
  • öhdə
  • əsaslı
  • iradlar
Paylaş

Digər xəbərlər

Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
Qarabağ 3 Fev 2023
Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
Lavrov: "Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb"
Qarabağ 2 Fev 2023
Lavrov: "Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb"
FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”
Qarabağ 31 Yan 2023
FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”
Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
Qarabağ 28 Yan 2023
Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan - AZAD EDİLƏCƏK
Qarabağ 26 Yan 2023
Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan - AZAD EDİLƏCƏK
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan - AZAD EDİLİB
Qarabağ 26 Yan 2023
Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan - AZAD EDİLİB
Prezident: "Faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalıdır"
Qarabağ 26 Yan 2023
Prezident: "Faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalıdır"
Şuşa və Laçında yaşamaq istəyənlərə - PUL VERİLƏCƏK
Qarabağ 25 Yan 2023
Şuşa və Laçında yaşamaq istəyənlərə - PUL VERİLƏCƏK
22.4 hektarda Füzuli Mərkəzi Parkı yaradılacaq - İdman qurğuları, velosiped yolları...
Qarabağ 24 Yan 2023
22.4 hektarda Füzuli Mərkəzi Parkı yaradılacaq - İdman qurğuları, velosiped yolları...
Nazir: "Qarabağda faydalı qazıntı yataqlarını tək Ermənistan talan etməyib"
Qarabağ 20 Yan 2023
Nazir: "Qarabağda faydalı qazıntı yataqlarını tək Ermənistan talan etməyib"
Zəngəzur dəhlizinin Naxçıvandakı nöqtəsindən ilk - GÖRÜNTÜ - VİDEO
Qarabağ 19 Yan 2023
Zəngəzur dəhlizinin Naxçıvandakı nöqtəsindən ilk - GÖRÜNTÜ - VİDEO
Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin - GÖRÜŞÜ OLUB
Qarabağ 18 Yan 2023
Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin - GÖRÜŞÜ OLUB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Təcili: Gömrük Komitəsi xaricdən Azərbaycana gətirilən mobil telefonlar barədə - AÇIQLAMA YAYDI - VİDEO
    21:30 4 Fev 2023
  • "Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
    21:15 4 Fev 2023
  • Dövlət qurumları və özəl şirkətlər yüksək maaşla işçilər axtarır - MAAŞ 2000-2500-3000-3500 MANAT - VAKANSİYALAR
    21:06 4 Fev 2023
  • "Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    21:03 4 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
    21:01 4 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    20:56 4 Fev 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:49 4 Fev 2023
  • "Aztelekom" işçi axtarır - VAKANSİYA
    20:47 4 Fev 2023
  • "Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
    20:40 4 Fev 2023
  • "Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
    20:36 4 Fev 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:31 4 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    18:16 4 Fev 2023
  • Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”
    13:52 4 Fev 2023
  • Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
    13:34 4 Fev 2023
  • Qeri Cons: "bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır"
    13:21 4 Fev 2023
  • Xocalıda şirkət maşını dərəyə aşdı - YARALI VAR
    13:03 4 Fev 2023
  • «Rabitəbank» kartlarında – 5-10%-LİK YENİ KEŞBEKLƏR - SİYAHI
    13:00 4 Fev 2023
  • "Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
    12:55 4 Fev 2023
  • Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"
    12:51 4 Fev 2023
  • “ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
    12:39 4 Fev 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:24 4 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    12:23 4 Fev 2023
  • Qlobal ərzaq qiymətləri - 10 AYDIR AŞAĞI DÜŞÜR
    12:20 4 Fev 2023
  • Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
    12:08 4 Fev 2023
  • TamGənc kartını ABB-dən - PULSUZ ƏLDƏ ET!
    12:00 4 Fev 2023
  • Avropada 50 bankomatı partladan qrup – ƏLƏ KEÇİRİLİB
    11:59 4 Fev 2023
  • Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
    11:52 4 Fev 2023
  • “Skaz Autohouse” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:47 4 Fev 2023
  • “Cash by Code” xidməti - YELO MOBİL TƏTBİQİNDƏ
    11:41 4 Fev 2023
  • SOCAR və TPAO daha bir sahədə - ƏMƏKDAŞLIQ EDƏCƏK
    11:37 4 Fev 2023
  • "Azma Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
    11:34 4 Fev 2023
  • Naxçıvan Maliyyə Nazirliyində - YOXLAMA BAŞLAYIB
    11:32 4 Fev 2023
  • "Aklab Baku" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:28 4 Fev 2023
  • Gürcüstanda da - ÇÖRƏK BAHALAŞDI - STATİSTİKA
    11:25 4 Fev 2023
  • Bakı Metropoliteni – TENDER ELAN ETDİ
    11:20 4 Fev 2023
  • Azərbaycanda 18 min nəfərin ürəyi tibbi sığorta ilə - PULSUZ ƏMƏLİYYAT EDİLİB
    11:19 4 Fev 2023
  • Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
    11:14 4 Fev 2023
  • Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
    11:13 4 Fev 2023
  • "Instagram"da mavi işarə - ÖDƏNİŞLİ OLACAQ
    11:03 4 Fev 2023
  • Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK
    10:56 4 Fev 2023
  • Dövlət Məşğulluq Agentliyi – TENDER ELAN ETDİ
    10:55 4 Fev 2023
  • Sumqayıtda gediş haqqının 20 qəpik artırılması ilə bağlı - AÇIQLAMA
    10:50 4 Fev 2023
  • Bakıdakı bu "Asan Xidmət"ə təmizlik xidmətinə 200 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:47 4 Fev 2023
  • Güclü qar Şamaxıda yolları bağlayıb – VİDEO
    10:47 4 Fev 2023
  • ABŞ rəsmisindən Türkiyə banklarına - XƏBƏRDARLIQ
    10:43 4 Fev 2023
  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
  • «AzerGold»da 2022-ci ilin yekunları və qarşıdaкы vəzifələrə dair - MÜŞAVİRƏ KEÇİRİLİB
    10:26 4 Fev 2023
  • Özü yox, qiyməti göz yaşardır - VİDEO
    10:22 4 Fev 2023
  • Neft 2 dollardan çox ucuzlaşıb - SON QİYMƏT
    10:20 4 Fev 2023
  • "Digah Broyler" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    10:17 4 Fev 2023
  • Azərbaycanda partlayıcı maddələrin istehsalı zavodu tikiləcək
    10:12 4 Fev 2023
  • "Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    10:09 4 Fev 2023
  • Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
    10:07 4 Fev 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 4 Fev 2023
  • "Nort Vest Konstrakşn" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:49 4 Fev 2023
  • "Sahil Trading" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ -SƏBƏB
    09:42 4 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!