Azərbaycan ilə müvafiq razılıq əsasında Rusiya tərəfindən Xankəndinə çatdırılması məqsədilə göndərilən humanitar yük bu gün Gəncə beynəlxalq hava limanına çatdırılıb.
FED.az xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.