Ekofəalların Laçın yolunda aksiya keçirdiyi ərazidə Rusiya sülhməramlılarının təminat avtomobilinin keçidi üçün imkan yaradılıb.
FED.az xəbər verir ki, təminat avtomobilləri aksiya keçirilən yerdən maneəsiz hərəkət edir.
Bu, bir daha aksiyanın dinc məqsədlə keçirildiyini, Xankəndidə yaşayan erməni əhalinin təcrid olunmasına yönəlmədiyini, yolun humanitar məqsədlər üçün açıq olduğunu, ən nəhayət, Azərbaycanın humanitar prinsiplərə daim sadiq qaldığını göstərir. (Apa)