Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək
FED.az xəbər verir ki, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
***
Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. (Apa)