Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
Rusiya sülhməramlılarının Qarabağda ləğv edilən müşahidə məntəqələrinin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.
Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib. (Trend)