Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlıların nəzarət zonasının 13 Dekabr 2020-ci il tarixli yenilənmiş xəritəsində zonaya Xocavənd rayonunun Çaylaqqala (Xtsaberd) və Köhnə Tağlar (Khin Taher) kəndlərinin əraziləri də daxil edilmişdi. Xəritənin yeni versiyası Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanmışdı.
Marja xəbər verir ki, xəritənin 14 Dekabr 2020-ci il tarixli versiyasında Rusiya sülhməramlılarının geri çəkildiyi görünür. Yenilənmiş xəritədə yenidən Köhnə Tağlar və Çaylaqqala kəndlərinin Azərbaycan Ordusunun nəzarətində olduğu görünür.