Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.
FED.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.(qafqazinfo)