Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.
Eləcə də bax: Rusiya sülhməramlılarının yerləşdiyi ərazidən ordumuz - ATƏŞƏ TUTULUB
FED.az “Caliber”ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək.
Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
(Qafqazinfo)