“Dağlıq Qarabağda “İskəndər-M” raket parçalarının tapılması ilə bağlı mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur”.
Eləcə də bax: “Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib.
Xatırladaq ki, D. Peskov bundan öncə verdiyi açıqlamalarda Şuşaya “İskəndər”in atılması xəbərindən məlumatsız olduqlarını açıqlamışdı.