Azərbaycan hakimiyyəti və Qarabağ ermənilərinin nümayəndələri danışıqlara başlayıblar.
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb - RƏSMİ
FED.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, 2022-ci ildə Qarabağdakı qondarma dövlətin iqtisadiyyatının həcmi (ümumi daxili məhsulu) 663 milyon ABŞ dolları həcmində qiymətləndirilib. Bu barədə qondarma dövlətin "Statistika Xidməti" məlumat verib. 663 milyon ABŞ dolları Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cəmi 0,8%-ni təşkil edir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın dollar ilə ifadədə iqtisadiyyatı 78,8 milyard dollar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Qeyd edək ki, qondarma rejim Ermənistan dramından istifadə edir. 2022-ci ildə qondarma respublikanın ÜDM-i 288,8 milyard erməni dramı təşkil edib.
Qarabağda guya 120 min ermənini yaşadığı bildirilir. Bu qeyri-dəqiq say Azərbaycan əhalisinin sayından 84 dəfə azdır. 2023-cü ilin avqust ayının əvvəlində Azərbaycan əhalisinin say 10 milyon 157 min 406 milyon nəfər təşkil edib. (Marja)