"YAŞAT" Fondu tərəfindən şəhid, itkin ailə üzvlərinin və yaralıların kredit və borc öhdəlikləri üzrə yönəldilmiş vəsaitin həcmi açıqlanıb.
Eləcə də bax: "YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə xərclənən məbləğ - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla, ümumilikdə 2 001 müraciət təmin edilib.
"Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb" - deyə Fond rəhbəri qeyd edib. (Apa)