“İndi yerləşdiyimiz Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş obyektlərin sayı bu günə olan məlumata görə 4000-i keçib”.
Eləcə də bax: Müharibədə evlərinə ziyan dəymiş ailələrin 90 faizindən çoxuna - Maddi Yardım Ödənilib
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
N. Hümmətov bildirib ki, hazırda işlər davam edir və dəqiqləşmələr aparılır: “Baş Nazirin 14 yanvar 2021-ci il tarixli Sərəncamı ilə zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu işləri tezliklə operativ başlamaq məqsədilə Dövlət Komissiyasından təqdim olunmuş siyahı əsasında komitədə hazırlıq işləri başlanılıb, iş həcmi dəqiqləşdirilib. Artıq 11 rayonda işlərə start verilib. Təmir-bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzində 2-3-4-5 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır. İşlərin qısa müddətdə təhvil verilməsi planlaşdırılır”. (Apa)