"Şuşanın bərpası və yenidən qurulması ilə bağlı 3 ilə yaxındır ki, müzakirələr aparılır. Şuşanın baş planını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onların xaricdən olan mütəxəssisləri ilə birgə hazırlayarkən çalışdıq ki, şəhərin tarixi görünüşünü qoruyaq. Şəhərin baş planı hazırdır".
Prezident Füzuli şəhərində 653 mənzillik yaşayış kompleksinin təməlini qoyub - FOTO
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.
"Qarabağ yaşıl enerji zonası olduğundan Şuşada çalışdıq bunu həm planlama, həm layihələndirmə işlərində nəzərə alaq. Şuşada 12 əsas kvartal mövcuddur. Həm qarışıq, həm ticarət, həm turistlər üçün xüsusi kurort ərazilər ayrılıb. 1, 2, 5 mərtəbəli binanın tikintisinə başlanılıb. Şəhərdə dövlət binaları, həm də sosial binalar tikilməkdədir. 15-ə yaxın abidə tam bərpa olunub. Cənub yaşayış massivində isə yaşayış kompleksi hazırdır. Burada 23 bina var. Artıq qaz çəkilişi yekunlaşmaq üzrədir. Bu ilin sonuna qədər istilik sisteminə qoşulacaq", - deyə Aydın Kərimov vurğulayıb. (Apa)