“Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır”.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhdud tərkibdə görüşdə bildirib.
“Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”, - Rusiya Prezidenti vurğulayıb.
Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistan Baş naziri Nikol Paşinyana bildirəcəyini deyib.