Qarabağın bərpasını ləngidən ən böyük problem minalardır.
Eləcə də bax: "Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir"
FED.az xəbər verir bu barədə prezident İlham Əliyev bəyan edib.
“Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub”, - İ.Əliyev cümə axşamı İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edrkən bildirib.
İlham Əliyev qeyd edib ki, Ermənistan indiyədək Azərbaycana minaların xəritəsini verməyib. “Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur”, - o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan öz tərəfindən lazım olan hər şey edir. “Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik”, - İ. Əliyev bildirib.
Dövlət başçısı vurğulayıb ki, 2020-ci ilin payızında Qarabağda müharibənin nəticəsi ondan ibarətdir ki, Azərbaycan “ədaləti bərpa etdi”