Cari ildə Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir.
Qarabağda işləyən sahibkarlara dəstək mexanizminin hansı şərtləri var? - VİDEO
FED.az xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, güzəştli kreditin maksimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 faizlə verilir ki, bunun da 10 faizini dövlət subsidiya şəklində ödəyir.
“Fonda daxil olan 48 şirkətin müraciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb. Fond istehsal sahələrinin artması və xarici bazarlara Azərbaycan istehsalı olan məhsulun çıxarılması istiqamətində fəaliyyət göstərən sahibkar və şirkətlərə xüsusi diqqət verir”, - deyə Osman Xaliyev vurğulayıb.