Qarabağa iş icazələri və portalda qeydiyyatı həyata keçirilir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi görüşdə - işğaldan azad olunmuş ərazilərdə əmək münasibətlərinin tənzimlənməsi və “DOST Müfəttişi” layihəsinin təqdimatında bildirib.
O bildirib ki, hal-hazırda Qarabağa böyük bir çağırış edirik. Bir sıra problemlər ilə üzləşirik. Bunlardan biri ezam olunduğu halda insanların iş icazələrinin üzərindən alınmasıdır. 2600 iş icazəsi adı altında rəsmiləşdirilən icazələr ləğv olunmuşdur. Biz qanunvericilik çərçivəsində fəaliyyəti həyata keçiririk. Biz iş icazəsi alınması üçün və insanların həmin yerə dəvət olunması üçün fəaliyyət göstəririk.
"Yeni qanunvericilikdə əmək müqavilələri elektron qaydada bağlanacaq. Elektron əmək müqavilələri elektron həllər vasitəsilə bağlanacaq" - deyə o əlavə edib.