Müharibədə qələbə qazanmaq həyatımın və ya hər halda siyasi həyatımın missiyası idi və mən bunun öhdəsindən uğurla gəldim.
İlham Əliyev Qarabağ ermənilərinə - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Biz müharibədə qalib gəldik. Biz ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. İndi isə sülh haqqında danışırıq. Əgər Ermənistan sülh istəyirsə, biz buna nail olacağıq, çünki Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur və biz onların bizə ərazi iddiası olmasını istəmirik", - Əliyev Euronews kanalına verdiyi müsahibədə bildirib.
Dövlət başçısı Qarabağda yaşayan erməni sakinləri ilə bağlı məsələyə toxunaraq onların seçim etməli olduqlarını vurğulayıb.
"Nəzərdə tuturam ki, hazırda Rusiya sülhməramlıları tərəfindən müvəqqəti nəzarət edilən ərazilərdə Qarabağda yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar seçim etməli olacaqlar: vətəndaşlarımız qismində və etnik azlıq kimi burada yaşamaq, bilirsiniz ki, bizdə onların sayı çoxdur, və yaxud çıxıb getmək", - prezident bildirib.