Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.
“Sülhməramlıların qalma müddəti Bakı ilə təmasda müəyyən ediləcək”
FED.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: "Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".
Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: "Lakin Ermənistanla təmaslar davam edəcək", deyə Kreml rəsmisi qeyd edib. (Apa)