"Bu ilin sonunadək ümumilikdə 10 minə yaxın keçmiş məcburi köçkünün öz doğma yurdlarında məskunlaşması təmin ediləcək".
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.
"Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur", - o vurğulayıb. (Report)