"ATƏT-in Minsk qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı".
Eləcə də bax: İlham Əliyevin Füzuli-Şuşa səfəri - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Biz əvvəllər sadəlövh olmuşuq. ATƏT-in Minsk qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Buna görə 28 il ərzində qrupun fəaliyyətinin heç bir nəticəsi olmamışdır",- Prezident bildirib.