“Əziz həmvətənlər, düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur”.
Eləcə də bax: Prezident xalqa müraciət edir - CANLI YAYIM
FED.az xəbər verir ki, bunu Prezident, Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
“Namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdır”, - Prezident vurğulayıb.