"Mən də bir qarabağlı olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm".
Eləcə də bax: Prezident Vahid Hacıyevi - QƏBUL EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
"Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm və fəaliyyətimə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir.
Bu ərazilərdə, Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün çox şərəfli olacaq. Yəni, Sizin rəhbərliyinizlə, Sizin tapşırdığınız prinsipləri əsas götürməklə biz sevimli Qarabağın inkişafı üçün əlimizdən gələni edəcəyik. Mən də bir qarabağlı olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizin kimi müdrik siyasi Liderin rəhbərliyi altında çalışmaq mənim üçün ən böyük şərəfdir. Yüksək etimadınıza görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyərdim. Çox sağ olun".
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.