Macarıstan şirkətləri Qarabağın yenidən qurulması və bərpasında iştirak etməkdə maraqlıdır.
Azərbaycanın investisiya potensialı Macarıstanda - TƏQDİM OLUNUB
FED.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyaro Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında bildirib.
Nazir qeyd edib ki, bununla bağlı plan hazırlanır: "Hesab edirik ki, bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək. Gələn ilin sonuna qədər Macarıstan şirkətləri regionun rekanstruksiyasına töhfə verməyə başlayacaq”. (Apa)