"İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir".
Eləcə də bax: Qarabağa nə qədər adam köçürüləcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq. (Report)