"Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik".
Eləcə də bax: “Qarabağ və Şuşada “turizm partlayışı” baş verəcək”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Türkiyə podratçı şirkətləri gərgin işləyirlər. Ermənilərin basdırdığı minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahəsinə çevrilir", - dövlət başçısı vurğulayıb.