Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstan aparılan "Güllələnmiş heykəllər"in alınmasına xərclənən məbləğ açıqlanıb.
Eləcə də bax: "Açıq deməliyəm, pulla alındı"
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı danışıb.
O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib:
"Həmin heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökumətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindir".
İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb:
"2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq". (Report)